• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Facebook” və “Instagram” uşaqlara zərər verməkdə ittiham olunur

DÜNYA

12 Iyun 2022 | 19:51

“Facebook” və “Instagram” uşaqlara zərər verməkdə ittiham olunur

“Facebook” və “Instagram”ın uşaqlara zərər vurduğu üçün tətbiqlərin sahibi olan “Meta” korporasiyasına qarşı ABŞ-da səkkiz məhkəmə iddiası qaldırılıb. İddialar Texas, Tennessi, Kolorado, Delaver, Florida, Corciya, İllinoys və Missuri ştatlarının federal məhkəmələrinə verilib.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkmişlər sosial şəbəkələrin alqoritmlərinin uşaq və yeniyetmələrdə təhlükəli aludəçilik yaradacaq şəkildə qurulduğunu iddia edirlər.

Bundan əlavə, iddiaçıların fikrincə, “Facebook” və “Instagram” azyaşlıları qida pozulması, intihar, depressiya və yuxu pozğunluğu riskini artıran məzmuna baxmağa təşviq edir.

Bütün səkkiz işə baxan “Beasley Allen” hüquq firmasının vəkili Endi Barçfild qeyd edib ki, gənclər arasında sosial mediadan istifadə ABŞ-dakı mövcud psixi sağlamlıq böhranında əsas amil kimi qəbul edilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026