• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aİ Ukraynaya əlavə 1 milyard avro maliyyə yardımı ayırdı

DÜNYA

12 Iyul 2022 | 14:20

Aİ Ukraynaya əlavə 1 milyard avro maliyyə yardımı ayırdı

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya əlavə 1 milyard avro makromaliyyə yardımı ayırıb.

Bakıvaxtı.az Aİ Şurasının saytına istinadən xəbər verir ki, müvafiq qərar bu gün qəbul edilib.

"Bu ilin əvvəlində ayrılmış 1,2 milyard avroluq makromaliyyə yardımı ilə birgə, müharibənin başlanmasından bəri Aİ-dən Ukraynaya ümumi makromaliyyə dəstəyi indi 2,2 milyard avroya çatır və yaxın aylarda daha da artacağı gözlənilir", - Aİ Şurasının mətbuat xidməti bildirib.

Qeyd olunub ki, bu gün qəbul edilən maliyyə yardımı Ukraynanın təcili maliyyə ehtiyaclarını ödəmək məqsədi daşıyır. Bu maliyyə dəstəyi yüksək güzəştli, uzunmüddətli kredit formasında olacaq. Onun müddəti bir il olacaq, bir və ya bir neçə tranşda ödəniləcək.

Maliyyə yardımının verilməsi Ukrayna hakimiyyəti ilə anlaşma memorandumu razılaşdırıldıqdan sonra baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026