• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Faktiki hava AÇIQLANDI

CƏMİYYƏT

21 Noyabr 2023 | 17:33

Faktiki hava AÇIQLANDI

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 21-i saat 17:00-a olan məlumatına əsasən Culfa, Ordubad, Neftçala, Beyləqan, Salyan, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Xaçmaz, Şabran, Biləsuvar, Ləkəranda, Bakıda və Abşeron yarımadasında yağış, Qusar (Laza), Xınalıq, Qax (Sarıbaş), Qrız, Şahdağda qar yağıb.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, Şimal-qərb küləyi arabir Şəkidə 22 m/s, Naftalanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Aran rayonlarında 14 dərəcəyədək, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta olub.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026