• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sosial mediadan istifadəni gündə 30 dəqiqə azaltmaq...

CƏMİYYƏT

21 Dekabr 2023 | 16:30

Sosial mediadan istifadəni gündə 30 dəqiqə azaltmaq...

Almaniyada aparılan bir araşdırma, sosial mediadan gündə 30 dəqiqə istifadənin azaldılmasının psixi sağlamlığı və işdən məmnunluğu əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoydu.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Ruhr Universiteti və Alman Ruh Sağlamlığı Mərkəzi tərəfindən aparılan araşdırmada sosial mediadan istifadənin psixi sağlamlıq və iş performansına təsiri araşdırılıb.

“Davranış və İnformasiya Texnologiyaları” jurnalında dərc olunan araşdırma çərçivəsində işləyən 166 iştirakçı 2 qrupa bölünüb.

Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib.

Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirərkən ikinci qrup 1 həftə ərzində gündəlik sosial media istifadəsini 30 dəqiqə azaldıb.

Tədqiqat nəticəsində 2-ci qrupda olan insanlarda çox işləmək hissinin artdığı, işdən qovulmaq qorxusunun azaldığı müşahidə edilib. Eyni zamanda, həmin insanların işlərinə daha məmnuniyyətlə yanaşdıqları görülüb.

Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti. Julia Brailovskaia "Beynimiz daim diqqətimizi yayındıran amillərin, xüsusən də diqqətimizi qarşıya qoyulan işdən yayındıranların öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial medianı yoxlamaq üçün daim işini yarımçıq qoyan insanlar çətin anlar yaşayırlar", - deyə qeyd edib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026