"Rayo Valyekano"nun hücumçusu Radamel Falkao yeni mövsümdə də İspaniya klubunda çıxış edəcək.
Bakıvaxtı.az "EFE"yə istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin idman direktoru David Kobeno məlumat verib. O, kolumbiyalı oyunçu ilə 1 illik yeni müqavilə imzalayacaqlarını deyib.
Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 22 oyunda 6 qol vurub.
















