• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Fəhlələri aparan avtobus qəzaya düşdü: 3 nəfər yaralandı

HADİSƏ

16 Iyun 2023 | 20:38 | Müəllif: Subhan Mahmudov

Fəhlələri aparan avtobus qəzaya düşdü: 3 nəfər yaralandı

Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşüb, 3 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 42-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "VAZ-Granta" markalı minik avtomobili ilə "Mersedes" markalı minik avtomobili toqquşub. Nəticədə Xudat şəhər sakinləri - 1982-ci il təvəllüdlü Süleymanova Yeganə Hədət qızı, 1962-ci il təvəllüdlü Qonaqova Yavər Xanbala qızı və Qusar rayon sakini, 1980-ci il təvəllüdlü Əlimuradov Rasim Abdulqədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda işlədiyi bağdan evə qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR