• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Fənərbağça" doğma meydanda qalib gəldi

İDMAN

04 Aprel 2024 | 00:31 | Müəllif: Subhan Mahmudov

"Fənərbağça" doğma meydanda qalib gəldi

Futbol üzrə Türkiyə Superliqasında 31-ci turun növbəti oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Fənərbağça" doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Sivasspor" "Fatih Karagümrük"ə 1:0, "Kasımpaşa" "Kaysərispor" 2:0, "Trabzonspor" isə "Konyaspor"a 3:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra turnir cədvəlinə 84 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 82 xalla ikinci, 52 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026