• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Fidandan Blinkenə: Bunu dəfələrlə demişdik!

DÜNYA

14 Aprel 2024 | 21:19 | Müəllif: Subhan Mahmudov

Fidandan Blinkenə: Bunu dəfələrlə demişdik!

Türkiyə xarici işlər naziri Hakan Fidanla və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığında İranın İsrailə qarşı cavab hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

Fidan Türkiyənin regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatlığını diqqətə çatdırıb.

Türkiyənin XİN başçısı ölkəsinin Qəzzada böhran başlayandan bəri bunun regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib.

Problemin kökündə Qəzzadakı müharibənin dayandığını bildirən nazir Fidan təcili olaraq atəşkəs elan edilməli və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması lazım olduğunu, əks halda böhranın böyüməyə davam edəcəyini xatırladıb.

O deyib ki, gərginliyin artmasının qarşısını almaq üçün İsrailə təsiri olan ölkələr ən doğru mesajları verməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026