• Bakı 24° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

FİFA-dan qalmaqallı oyunla bağlı qərar

İDMAN

23 Oktyabr 2021 | 17:39 | Müəllif: Subhan Mahmudov

FİFA-dan qalmaqallı oyunla bağlı qərar

DÇ-2022-nin seçmə mərhələsində yarımçıq dayandırılmış Albaniya - Polşa matçı (0:1) ilə bağlı qərar açıqlanıb.

Bakıvaxtı.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yerli azarkeşlərin davranşına görə Albaniya Futbol Federasiyası 150 00 İsveçrə frankı (təqribən 163 min dollar) məbləğində cərimələnib. Bundan başqa, yığma Andorraya qarşı seçmə mərhələnin sonuncu ev matçını azarkeşsiz keçirəcək.

Xatırladaq ki, Polşa ilə görüşün 77-ci dəqiqəsində qonaq komandanın futbolçusu Karol Sviderskinin vurduğu qoldan sonra yerli fanatlar meydana yad əşyalar atıblar. Nəticədə fransalı baş hakim Kleman Turpen komandaları paltardəyişmə otağına göndərib. Görüş daha sonra bərpa olunub.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026