• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

FIFA “Neftçi”yə görə Tunis klubunu cəzalandırdı

İDMAN

16 Iyun 2022 | 11:17

FIFA “Neftçi”yə görə Tunis klubunu cəzalandırdı

Tunisin “Esperans” klubu FIFA tərəfindən cəzalandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, adıçəkilən komanda qarşıdakı üç transfer dönəmində heyətinə oyunçu cəlb edə bilməz.

Buna səbəb “Esperans”ın ilin əvvəlində transfer etdiyi Mərakeş əsilli belçikalı futbolçu Sabir Buqrin üçün “Neftçi”yə olan borcunu ödəməməsidir. Ali futbol qurumu tunislilərə vaxt qoyub. “Esperans” qısa müddətdə 1,5 milyon dinarlıq (826 min manat) transfer məbləğini Azərbaycan klubuna ödəyərsə, cəza ləğv edilə bilər.

Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin yayından bu ilin yanvarına qədər “Neftçi”nin formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026