• Bakı 26° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ronaldo 275 milyonluq təklifi rədd etdi

İDMAN

15 Iyul 2022 | 13:38

Ronaldo 275 milyonluq təklifi rədd etdi

Ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından gələn böyük təklifi rədd edib. 

Bakıvaxtı.az “Goal.com”a istinadən xəbər verir ki, ərəb klublarından biri iki illik müqavilə üçün portuqaliyalı hücumçuya 275 milyon avro təklif edib. Səudiyyə təmsilçisi Ronaldonun hazırki komandası "Mançester Yunayted"ə isə transfer üçün 30 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Amma 37 yaşlı ulduz karyerasını Avropada davam etdirmək və Çempionlar Liqasında çıxış etmək istədiyi üçün təklifdən imtina edib.

Qeyd edək ki, "Mançeser Yunayted" gələn mövsüm ÇL-də olmayacağı üçün K.Ronaldo klubdan ayrılmaq istəyir. Ronaldo ötən ilin yayında İngiltərə klubu ilə 2+1 illik müqavilə imzalamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Sentyabr 2026