• Bakı 19° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

İslamiada: Azərbaycan 43 medalla 4-cü pilləyə yüksəlib

İDMAN

14 Avqust 2022 | 10:04

İslamiada: Azərbaycan 43 medalla 4-cü pilləyə yüksəlib

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 43-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, medallardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib. İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 169 (60 qızıl, 59 gümüş, 50 bürünc), İran 73 (27 qızıl, 23 gümüş, 23 bürünc) və Özbəkistan 63 (20 qızıl, 17 gümüş, 26 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 40-ı medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 6 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (2 qızıl), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), aerobika (1 gümüş), ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.(report)


SON XƏBƏRLƏR

17 Aprel 2024