• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Finlandiya Ukraynaya hərbi yardım edəcək

DÜNYA

17 Noyabr 2022 | 16:15

Finlandiya Ukraynaya hərbi yardım edəcək

Finlandiya Ukraynaya 10-cu hərbi yardım paketini elan edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib.

"Ukraynanın özünü müdafiəsi üçün hələ də yardıma ehtiyacı var", finlandiyalı nazir vurğulayıb. O deyib ki, yeni hərbi yardım paketi indiyə qədər verilən dəstəyin ən böyüyüdür.

Finlandiya mətbuatı yeni yardım paketinin 55,6 milyon avro dəyərində olduğunu bildirib.

Nazirlik əməliyyat səbəblərini əsas gətirərək, müdafiə texnikasının daşınmasının məzmunu, qrafiki və ya üsulunu ictimaiyyətə açıqlamayıb. Nazirlik çatdırılmanın detallarını da açıqlamayıb və bildirilib ki bu, yardımın təhlükəsiz çatdırılmasını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, ümumilikdə Finlandiya müharibə başlayandan indiyədək Ukraynaya müdafiə üçün təxminən 160,4 milyon avro yardım edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026