• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Məktəbə silahlı hücum - QIRMIZI XƏBƏRDARLIQ - YENİLƏNİB 3

HADİSƏ

02 Aprel 2024 | 16:50

Məktəbə silahlı hücum - QIRMIZI XƏBƏRDARLIQ - YENİLƏNİB 3

Finlandiyanın Vantaa şəhərindəki Viertola məktəbində baş verən atışma nəticəsində yaralanan üç şagirddən biri ölüb.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisədə iştirak edənlərin hamısı 13 yaşlı uşaqlardır.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 13 yaşlı məktəbli yaşı az olduğuna görə həbsxanaya göndərilməyəcək.

Atışma zamanı istifadə edilən odlu silah şübhəlinin yaxın qohumuna məxsus olub.

Araşdırmalar davam etdirilir. 

***

12:49

Finlandiyanın Vantaa şəhərindəki Viertola məktəbində baş verən atışma zamanı üç şagird yaralanıb.

Bakıvaxtı.az Reuters-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən nəzarətə götürülüb.

Zərərçəkənlər xəstəxanaya aparılıb.

Qeyd edək ki, sözügedən məktəbdə birinci sinifdən doqquzuncu sinfə qədər təxminən 800 şagird və 90 nəfərlik heyət var.

***

11:51

Finlandiyanın Vantaa şəhərindəki Viertola məktəbində atışma baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Finlandiya KİV məlumat yayılıb.

Saat saatlarında polis atışma nəticəsində bir şübhəlinin saxlanıldığını və bir neçə nəfərin yaralandığını bildirib.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Vantaa sakinlərindən təhsil müəssisəsinin ərazisinə gəlməmələri, həmçinin evlərini tərk etməmələri xahiş olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024