Texnologiya nəhəngi Apple yaxın illərdə Macbook noutbuklarında klaviaturasız dizayna keçə bilər.
Bakıvaxtı.az xəbər verir ki, şirkət bu yolda iki ekranlı dizaynlar üçün yeni patent alıb.
İkinci ekranın toxunma klaviaturası üçün istifadə ediləcəyi və istifadəçilərin istədikləri klaviatura növünü seçə biləcəkləri qeyd edilib.
Klaviaturasız dizaynların 2024-cü ildə təqdim ediləcək Macbook Pro-larda istifadə olunacağı proqnozlaşdırılır.
Aytac Aslan















