• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fransada pensiya ilə bağlı qərar verildi

DÜNYA

14 Aprel 2023 | 22:06 | Müəllif: Subhan Mahmudov

Fransada pensiya ilə bağlı qərar verildi

Fransa Konstitusiya Şurası pensiya islahatını qanuni hesab edib və pensiya yaşının 64 yaşa qaldırılmasını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə cümə günü "France Presse" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Şuranın hakimləri qanunun məzmununun və qəbul olunma qaydasının Konstitusiyaya uyğun olduğunu müəyyən edərək, onu təsdiq ediblər.

Qeyd edək ki, pensiya islahatı hökumət tərəfindən martın 16-da qəbul edilib. Sözügedən islahat pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026