Fransız kinosunun əfsanəvi aktrisalarından olan Mylene Demongeot vəfat edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, aktrisa 87 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
İllərdi xərçəngdən əziyyət çəkən Demongeot 2019-cu ildə sağaldığını açıqlasa da, ötən ilin oktyabrında xəstəliyin təkrarlandığını açıqlamışdı.
"O qədər yorğun idim ki, həkimlərə yalvardım ki, hər şeyi dayandırsınlar. Təbii ki, məni sağaltmağa çalışırdılar, amma həm də öldürürdülər. Daha dözə bilmədim", - deyə dəfələrlə kimya əməliyyatı keçirən aktrisa bildirmişdi.
Qeyd edək ki, 1935-ci ildə Nitsada anadan olan aktrisanın əsl adı Mari-Helene Demongeotdur. Mylene piano həvəskarı idi və 13 yaşında ailəsi ilə birlikdə Parisə köçüb. 1953-cü ildə kinoya üz tutan Mari-Helene Demongeot həmçinin məşhur fotoqraf Henri Koste ilə modellik edib və poza verib.
O, 21 yaşında rejissor Raymond Roulonun çəkdiiyi "Les Sorcieres de Salem"də Abiqail obrazını canlandırıb. Daha sonra aşiq olduğu fotoqraf Henri Koste ilə evlənib. Bu evlilik 1968-ci ilədək davam edib.
Fransız kinosunu tərk edərək italyan kinosuna üz tutan aktrisa 1959-cu ildə İtaliyada çox məşhur olur: "Marafon döyüşü" və "Bolignini oğlanları" filmləri ilə böyük hitlər edir.
Karyerası boyunca o, Jan Marais, Yves Montand, Roger Moore, Jean-Paul Belmondo, Gerard Depardyeu və Dirk Bogarde kimi kinonun əfsanəvi adları ilə çıxış edib.
O, həmçinin Lous de Funes, Pierre Richard və Henry Salvador ilə yaxın dost idi.
16 sentyabr 1968-ci ildə Marc Simenon ilə evlənib. Simenon 24 oktyabr 1999-cu ildə qəza nəticəsində ölüb.
Mylene Demongeot heç vaxt kinodan vaz keçməyib. O, Fabien Ontenientin "Düşərgə" trilogiyasında oynayıb.
O, 2014-cü ildə mühasibi tərəfindən 2 milyon avro aldadılıb.
Ay Tac














jpg-1672299062.webp)

