• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Futbol azarkeşləri arasında ATIŞMA

İDMAN

14 Iyul 2024 | 18:55 | Müəllif: Subhan Mahmudov

Futbol azarkeşləri arasında ATIŞMA

Afinanın mərkəzində futbol azarkeşlərinin atəşə tutulması nəticəsində 3 nəfər yaralanıb, 72 nəfər isə həbs edilib.

Bakıvaxtı.az bildirir ki, hadisə "Panatinaikos" stadionunun yaxınlığında, yerli "Panatinaikos" və AEK klubları arasında keçirilən oyundan əvvəl baş verib. Attika polisinin qərargahı yaxınlığında rəqib komandaları alqışlayan futbol azarkeşləri qrupları arasında toqquşma olub.

Qarşıdurma nəticəsində 38 yaşlı azarkeş ayağından odlu silahla yaralanıb, 22 yaşlı zərərçəkənin qarnına kəsici alətlə zərbələr endirilib. 25 yaşlı yunanıstanlı da döyülmələrdən əziyyət çəkib və xəstəxanaya aparılıb.

Xəstəxanaya yerləşdirilən zərərçəkənlərin həyatı üçün təhlükə olmadığı qeyd edilir. Hadisəni törədən şəxslərin və onların silahlarının tapılması üçün hadisə yerində araşdırma aparılır./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026