• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Füzuli məktəbində ilk zəng çalınacaq

CƏMİYYƏT

08 Sentyabr 2023 | 14:57

Füzuli məktəbində ilk zəng çalınacaq

Bir neçə gündən sonra ölkədə yeni tədris ili başlayacaq.  

Bakıvaxtı.az xəbər verir ki, azad olunmuş rayonlarıımızın bəzilərindəki məktəblərdə 30 ildən sonra sentyabrın 15-də ilk zəng çalınacaq. Həmin rayonlardan biri də Füzuli rayonudur.

Belə ki, Füzuli rayon məktəbliləri yeni tədris ilində Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə parta axrasında əyləşəcəklər.

Qeyd edək ki, bu məktəb işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına inşa edilib.  Bu il avqustun 23-də məktəbin açılışı oıub. Açılışda Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyev birgə iştirak ediblər.

Onu da bildirək ki, 960 şagird yerlik məktəbin binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana var. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.

Aytac Aslan


Füzuli məktəbində ilk zəng çalınacaqFüzuli məktəbində ilk zəng çalınacaqFüzuli məktəbində ilk zəng çalınacaq
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026