• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qarabağda ermənilər təcili yardım maşınında raket daşıyırmış - VİDEO

CƏMİYYƏT

08 Oktyabr 2023 | 13:10 | Müəllif: Subhan Mahmudov

Qarabağda ermənilər təcili yardım maşınında raket daşıyırmış - VİDEO

Lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş döyüş mövqelərindən birinə baxış keçirilərkən hərbi tibbi yardım üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin hərbi yükün daşınması məqsədilə istifadə edilməsi müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, artilleriya atəşi nəticəsində yararsız vəziyyətə düşən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus nəqliyyat vasitəsi "Kornet" tank əleyhinə raket kompleksinin idarə olunan raketlərinin saxlanılması və daşınması üçün istifadə edilib.

Qeyd edək ki, mülki təyinatlı texnikanın hərbi məqsədlərlə istifadə edilməsi Beynəlxalq Humanitar norma və prinsiplərində ziddir və qəbul edilməzdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR