Füzuli və Sumqayıtda avtomobillər yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, Füzuli rayonu, Fin qəsəbəsi yaşayış massivində “Opel” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Sumqayıt şəhərində isə ümumi sahəsi 30 m² olan taxta konstruksiyadan ibarət köşk, yaxınlıqda dayanan “КамАЗ” markalı yük avtomobilinin salon hissəsi və qismən təkərləri yanıb, yüksək temperaturdan “ZİL” markalı yük avtomobilinin təkərləri qismən qarsalanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















