Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonu ərazisində “LADA” markalı minik avtomobilinin yol kənarında maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
















