Gürcüstanın qərbində, beynəlxalq dərəcəli avtomagistralın Xaşuri-Surami hissəsində qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində 18 nəfər müxtəlif dərəcəli, ağır bədən xəsarətləri alıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.
Bildirilir ki, Zuqduqidən Tiflisə gələn avtobus idarəetməni itirərək yolun kənarındakı çökəkliyə düşüb.
Hadisə yerinə təcili-tibbi yardım maşınları gəlib, polis səfərbər olunub.
Hazırda yaralılar Tiflis və ətraf rayonlardakı xəstəxanalara aparılıb.
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.
















