• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki avtomobil toqquşdu: ölən və yaralananlar var

HADİSƏ

13 Fevral 2022 | 00:08 | Müəllif: Qalib İbrahimoğlu

İki avtomobil toqquşdu: ölən və yaralananlar var

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonunun Zeynəddin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Xocalı sakinləri olan Salahov Nazim Hüseyn oğlu, Muradov Kərəm Mürşüd oğlu, Muradova Əsli Qurban qızı Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib.Yaralılardan Salahov Nazim Hüseyn oğlu xəstəxanada dünyasını dəyişib.

Muradov Teymur Mürşüd oğlu isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026