• Bakı 24° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakıda təcili tibbi yardım maşını aşdı -YENİLƏNİB (VİDEO)

HADİSƏ

12 Fevral 2022 | 13:47 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda təcili tibbi yardım maşını aşdı -YENİLƏNİB (VİDEO)

Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxs maşının sürücü olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, yaralının vəziyyəti yaxşıdır:

“Sözügedən qəza ilə bağlı mərkəzə bir nəfər - təcili yardımın sürücüsü gətirilib. Həkim müayinəsi zamanı onun bazu sümüyünün sınığı və baş nahiyəsindən yüngül xəsarət aldığı məlum olub. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

***

13:02

Bakıda minik maşını ilə təcili tibbi yardım maşını toqquşub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Rəşid Behbudov və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində təcili tibbi yardım maşını aşıb.

Bir müddət nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.  

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR