• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Füzulidə daha 30 ailəyə mənzillərinin açarları təqdim edildi -FOTOLAR

CƏMİYYƏT

22 Yanvar 2024 | 13:35 | Müəllif: Qalib İbrahimoğlu

Füzulidə daha 30 ailəyə mənzillərinin açarları təqdim edildi -FOTOLAR

Yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Verilən xəbərə görə, mərasimdə Komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

    Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.


    Füzulidə daha 30 ailəyə mənzillərinin açarları təqdim edildi -FOTOLARFüzulidə daha 30 ailəyə mənzillərinin açarları təqdim edildi -FOTOLARFüzulidə daha 30 ailəyə mənzillərinin açarları təqdim edildi -FOTOLARFüzulidə daha 30 ailəyə mənzillərinin açarları təqdim edildi -FOTOLARFüzulidə daha 30 ailəyə mənzillərinin açarları təqdim edildi -FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026