• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Füzulidə QƏZA - 4 nəfər xəsarət aldı

HADİSƏ

23 Iyun 2022 | 10:37

Füzulidə QƏZA - 4 nəfər xəsarət aldı

Füzulidə baş verən qəzada 4 nəfər, o cümlədən ata və oğul xəsarət alıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil qarşıdan gələn “LADA 2110” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Əliyev Əlizadə Novruz oğlu və sərnişini, 1983-cü il təvəllüdlü Vəliyeva Zemfira Akif qızı, həmçinin “LADA” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Əhmədov Hüseyn Bahadur oğlu və maşında olan atası, 1956-cı il təvəllüdlü Əhmədov Bahadur İslam oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR