• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gələn ay Azərbaycanda növbəti sammit keçiriləcək

SİYASƏT

14 Fevral 2023 | 15:12

Gələn ay Azərbaycanda növbəti sammit keçiriləcək

Azərbaycanda gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunan növbəti sammit keçiriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Qananın Azərbaycandakı səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib.

Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitinə ev sahibliyi edəcəyini bildirən dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Prezident Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyətini xatırladaraq bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026