• Bakı 24° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Gəminin ələ keçirilməsi tapşırığı icra edildi - “EFES-2026” - VİDEO

GÜNDƏM

21 May 2026 | 00:04

Gəminin ələ keçirilməsi tapşırığı icra edildi - “EFES-2026” - VİDEO

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib. 

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.
Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər. 

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026