• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ölüb

HADİSƏ

07 Iyun 2023 | 00:50 | Müəllif: Subhan Mahmudov

Gəncədə 5-ci mərtəbədən yıxılan yeniyetmə xəstəxanada ölüb

Gəncədə 5-ci mərtəbədən yıxılan 12 yaşlı oğlan ölüb.

Bakıvaxtı.az bildirir ki, 2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev bu gün Bakıdakı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən gün şəhərin 5-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

2011-ci il təvəllüdlü, Gəncə şəhər sakini Ümid Əliyev 5 yaşlı qardaşı ilə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzildə oynayan zaman ehtiyatsızlıqdan pəncərədən yıxılaraq döş qəfəsinin, qarın boşluğunun hematoması və daxili qanaxma xəsarətləri alıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR