Gəncədə baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.
Bakıvaxtı.az-ın məlumatına görə, xəsarət alanların "Ford Fusion" markalı avtomobilin sürücüsü, 1999-cü il təvəllüldü R.Qasımov, "VAZ 2106"-nın sürücüsü V.Məmmədov, həmiçinin "VAZ" olan sərnişinlər - 1967-ci il təvəllüdlü R.Əhmədova, 1991-ci il təvəllüdlü Z.Heydərov və 1985-ci il təvəllüdlü M.Eyyubova olduğu bildirilir.
Xəsarət alanlar Şəmkir rayonu Sabirkənd kənd sakinləridir. Məlumata görə, onlar orta məktəb müəllimləridir, Gəncə şəhərinə imtahan vermək üçün gəliblər.
Faktla bağlı araşdırma aparılır.
***
14:16
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, '"Ford" və "VAZ " markalı minik maşınları toqquşub. Qəzada bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.