• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

General bütün əməkdaşları sərəncama göndərib? - YENİLƏNİB

CƏMİYYƏT

22 Iyun 2023 | 16:51

General bütün əməkdaşları sərəncama göndərib? - YENİLƏNİB

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərildiyi barədə mediada yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, DGK sədri, general-leytenant Şahin Bağırovun əmri ilə 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi, hər kəsin sərəncama götürüləcəyi, bu müddətə qədər bütün əməkdaşların "işinə” yenidən baxılacağı haqda məlumat yayılmışdı.

 

14:56

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək. 

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların "işinə” yenidən baxılacaq. 

Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər. 

Məsələ ilə bağlı DGK-nin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axunda sorğu ünvanlasaq da, xəbəri nə təsdiq, nə də təkzib etdi. /Qaynarinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026