• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Cavanşir Feyziyevin şirkəti CƏRİMƏLƏNDİ  

GÜNDƏM

29 Iyul 2022 | 12:17

Cavanşir Feyziyevin şirkəti CƏRİMƏLƏNDİ

Dövlət Gömrük Komitəsi "Avromed Company" QSC-ni məhkəməyə verib.

Bakıvaxtı.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.

Gömrük qaydaları əleyhinə inzibati xətaya yol verməyə görə məhkəməlik olan şirkət bu maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə Bakı şəhəri Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, "Avromed Company" QSC-nin Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsusdur.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR