"Google" Rusiyada növbəti dəfə cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, "Google" qadağan olunmuş məzmunu silmədiyinə görə 3,8 milyon rubl cərimələnib.
Qeyd olunub ki, sentyabrın 30-da da Moskva məhkəməsi "Google"u Rusiya Federasiyasında qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə daha 3,5 milyon rubl cərimələyib.
Mina Mikayılova