• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Göyçayda avtoxuliqan HƏBS EDİLDİ - FOTO

HADİSƏ

07 Yanvar 2022 | 09:00 | Müəllif: Qalib İbrahimoğlu

Göyçayda avtoxuliqan HƏBS EDİLDİ - FOTO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, ictimai asayişi nümayişkəranə şəkildə pozan sürücünü saxlanaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki,  “VAZ-2101” markalı avtomobilin sürücüsü, şəhər sakini Əli Əzizov nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, həmin şəxs buna məhəl qoymayıb və davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. Vaxtında görülmüş tədbirlərlə sürücü saxlanılaraq bölməyə gətirilib.

Ə.Əzizov barəsində polis şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 15 sutka müddətinə inzibati həbs olunub və nəqliyyat vasitəsi idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


Göyçayda avtoxuliqan HƏBS EDİLDİ - FOTOGöyçayda avtoxuliqan HƏBS EDİLDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026