• Bakı 15° C

    1.58 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Pakistanda kömür mədənində partlayış - ölənlər var

HADİSƏ

05 Fevral 2022 | 19:41 | Müəllif: Subhan Mahmudov

Pakistanda kömür mədənində partlayış - ölənlər var

Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Sinhua" agentliyi regionun təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, mədəndə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağırdır.

Bildirilir ki, partlayışa səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026