• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Göyçayda "Kia" aşdı: 3 nəfər öldü

HADİSƏ

04 Mart 2024 | 09:25 | Müəllif: Qalib İbrahimoğlu

Göyçayda "Kia" aşdı: 3 nəfər öldü

Göyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə,  hadisə Göyçay rayonunun Müskürlü kəndi ərazisində qeydə alınıb. Belə ki, “Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR