Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonum Çaykənd kəndi ərazisində qeydə alınıb.
“Niva” markalı avtomobilin aşması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü H.Hacıyev hadisə yerində ölüb. Avtomobildə olan 2 nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qəzada ölən şəxsin Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
















