• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Güclü zəlzələ oldu - Yunanıstanda

DÜNYA

18 Dekabr 2021 | 19:00

Güclü zəlzələ oldu - Yunanıstanda

Bu gün Yunanıstanın cənubunda güclü zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Afina Geodinamik İnstitutu məlumat yayıb.

Bildirilib ki, Peloponnes və Krit adaları arasında, dənizdə, 5,4 bal gücündə, təxminən 58 kilometr dərinlikdə zəlzələ baş verib.

Yeraltı təkanlar Afinadan Kritə kimi hiss olunub. Yunanıstan Yanğınsöndürmə Xidməti dağıntılar barədə məlumatın olmadığını bildirib.

Yunanıstanın antiseysmik planlaşdırma təşkilatının rəhbəri Eftimios Lekkas Yunanıstanın dövlət televiziyası olan ERT-ə deyib ki, zəlzələnin daha dərin olması səbəbindən yeraltı təkanlar daha geniş ərazidə hiss olunub.

Dağıntı və tələfat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR