• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Günəşdə yeni güclü partlayış olub

DÜNYA

14 Avqust 2024 | 15:01

Günəşdə yeni güclü partlayış olub

Günəşin Yerə baxan tərəfində X səviyyəli yeni güclü partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçova istinadən məlumat yayıb.

“Günəşdə yeni X səviyyəli partlayış olub – düz Günəş-Yer xəttində. Kosmik izləmə məlumatlarına görə, Günəşdə ən yüksək – ilkin hesablamalara görə, X1.1 səviyyəli yeni partlayış qeydə alınıb”, - alim deyib.

Avqustun əvvəlində Yerdə baş verən maqnit qasırğası G3 səviyyəsinə çatıb ki, bu da “güclü” kimi qiymətləndirilir. Şkalada ən yüksək səviyyə G5 (son dərəcə güclü), ən aşağısı isə G1-dir (zəif).

Bu səviyyə o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana, o cümlədən təhlükəsizlik sistemlərində yanlış xəbərdarlıq siqnalları baş verə bilər. Hazırda Günəşdən Yerə doğru yeni partlayışlar və tullantı riskləri mövcuddur.


SON XƏBƏRLƏR