• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

İspaniya Venesueladakı səfirini geri çağırıb

DÜNYA

13 Sentyabr 2024 | 12:30

İspaniya Venesueladakı səfirini geri çağırıb

İspaniya ilə diplomatik böhran yaşayan Venesuela Madriddəki səfirini geri çağırıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Venesuela xarici işlər naziri İvan Gil ölkənin Madriddəki səfiri Qledis Qutierrezin İspaniya ilə artan diplomatik böhran səbəbilə geri çağırıldığını açıqlayıb.

O, bildirib ki, bu gün nazirlikdə İspaniyanın Karakasdakı səfiri Ramon Santos ilə görüşəcək.

Gil İspaniyanın müdafiə naziri Marqarita Roblesin Venesuela prezidenti Maduro üçün diktator ifadəsini işlətdiyini və bu səbəbdən səfirlərini geri çağırmağa qərar verdiklərini diqqətə çatdırıb.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

21 Dekabr 2024