Misir ilə Çin şirkətləri arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair beş anlaşma memorandumu imzalanıb.
Bakıvaxtı.az "Vedmosti"yə istinadən xəbər verir ki, bu, Misir Nazirlər Kabinetinin bəyanatında yer alıb.
Bəyanata görə, səfər Süveyş Kanalı İqtisadi Zonasında (SCZone) bir sıra layihələr üzrə müqavilələrin, eləcə də Misir və Çin arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumlarının imzalanması ilə müsbət nəticələr verib. Səfər çərçivəsində Çinin iri şirkətlərinin rəhbərləri və nümayəndələri ilə mühüm görüşlər keçirilib.
Qeyd edək ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi adından baş nazir Pekində keçirilən 2024-cü il Çin-Afrika Əməkdaşlıq Forumu (FCAC) sammitində iştirak edib.
Gülşən Şərif