• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gürcüstan gömrüyü xüsusi iş rejiminə keçdi

DÜNYA

19 May 2022 | 21:28 | Müəllif: Subhan Mahmudov

Gürcüstan gömrüyü xüsusi iş rejiminə keçdi

Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla sərhəddəki gömrük məntəqələri nəqliyyat axınlarının kəskin artımı səbəbindən xüsusi iş rejiminə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Qeyd olunub ki, gömrük nəzarəti prosedurlarının fasiləsiz həyata keçirilməsi üçün məntəqələrdə gömrükçülərin sayı artırılıb.

Xidmətdən vurğulanıb ki, strateji məsələlər üzrə həllərin axtarışı üçün Azərbaycan, Türkiyə və Ermənistanın gömrük orqanları ilə daimi əlaqə saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026