• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstan parlamentinin komitə sədri Azərbaycana gəldi

CƏMİYYƏT

11 Oktyabr 2022 | 12:13

Gürcüstan parlamentinin komitə sədri Azərbaycana gəldi

Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri, tanınmış musiqiçi Eliso Bolkvadze Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, E. Bolkvadze səfər çərçivəsində Azərbaycanın təhsil və elm naziri Emin Əmrullayev, Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyevlə görüşəcək.

E. Bolkvadzenin eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, Bakı Musiqi Akademiyasının direktoru Fərhad Bədəlbəyli, Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədovla görüşü planlaşdırılıb. /APA
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR