• Bakı 24° C

    5.8 m/s

Gürcüstan səfirliyi Azərbaycanı təbrik etdi

CƏMİYYƏT

18 Oktyabr 2022 | 16:49

Gürcüstan səfirliyi Azərbaycanı təbrik etdi

Gürcüstanın ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində paylaşım edilib.

“Gürcüstanın dostu və strateji tərəfdaşı olan Azərbaycan Respublikasını Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə təbrik edirik. 1991-ci il oktyabrın 18-i Azərbaycanın ən yaxın tarixində əlamətdar günlərdən biridir. Biz Gürcüstan-Azərbaycanın çoxəsrlik dostluq münasibətlərinə və strateji tərəfdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycan dövlətinə və xalqına sülh, tərəqqi və uğurlar arzulayırıq”, - deyə səfirlik qeyd edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026