• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Gürcüstanda "əsrin ən qanlı gecəsi" ola bilər

DÜNYA

16 Aprel 2024 | 16:24

Gürcüstanda əsrin ən qanlı gecəsi ola bilər

Gürcüstan müxalifətinparlament binası yaxınlığında Rustaveli prospektini bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.

“Droa!” radikal müxalifət partiyasının üzvü Marika Mikiaşvili sosial şəbəkələri mitinqə hazırlıqlı gəlməyə çağırıb:

“Bu, Gürcüstanda əsrin ən qanlı gecəsi ola bilər”.

Qeyd edək ki, aprelin 15-də parlamentin Hüquq Məsələləri Komitəsində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə birinci oxunuşda baxılıb, bu gün isə plenar iclasa çıxarılıb.

Aprelin 16-na keçən gecə Tbilisidə qanun layihəsinin qəbuluna qarşı minlərlə insan etiraz aksiyası keçirib. Etirazçılar parlament binası yaxınlığındakı polis kordonunu yarmağa çalışaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmağa başlayıblar.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Aprel 2024