Gürcüstan prezidenti Salome Zurabişvilidən sonra gürcü müxalifəti "Xarici təsirin şəffaflığı" qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Bakıvaxtı.az "Aktual.ge"yə istinadən xəbər verir ki, bununla bağlı ana müxalifət partiyası "Vahid Milli Hərəkat" prezidenti Tinatin Bokuçava və müxalifət qanadından olan parlament üzvləri Batumi şəhərinin mərkəzində yerləşən məhkəmənin qarşısında jurnalistlərə açıqlama veriblər.
Bildirilib ki, ümumilikdə 38 millət vəkilinin imzası ilə sözügedən qanununun ləğvi tələb edilərək Konstitusiya Məhkəməsinə müraciət ünvanlanıb.
Digər tərəfdən, hakim Gürcü Arzusu Partiyasının deputatı Givi Mikanadze bəyan edib ki, qanunun ləğvi üçün ölkədə fəaliyyət göstərən 121 qeyri-hökumət təşkilatı (QHT) Konstitusiya Məhkəməsinə müraciət edib.
Gülşən Şərif
















