Hacıqabulda baş verən qəzada xəsarət alanların adı bəlli olub.
Bakıvaxtı.az onların adlarını təqdim edir:
Qobu sakini Cəbrayılova Nazilə Ramin qızı - 2013 təvəllüdlü.
Qobu sakini Cəbrayılova Yazgel Niyaz qızı - 1994-cü il təvəllüdlü.
Kürdəmir sakini Tehyublu Gülşən Vəlican qızı 1994-cü il təvəllüdlü.
Kürdəmir sakini Teyyubov Niyaz Məmmədşah oğlu 1966-cı il təvəllüdlü.
Kürdəmir sakini Teyyubov Şəfqət Əli oğlu 1970-ci il təvəllüdlü.
Kürdəmir sakini Teyyubov Niyazi Rais oğlu 2023-cü il təvəllüdlü.
14:09
Hacıqabul rayonunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Hacıqabulda Volkswagen Passat markalı avtomobil aşıb.
Nəticədə avtomobildə olan 8 nəfərdən biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.