• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hadisə günü “Bravo”da  nə qədər pul ələ keçirilib?

CƏMİYYƏT

09 Mart 2023 | 10:17

Hadisə günü “Bravo”da nə qədər pul ələ keçirilib?

Martın 4-də Bakıda “Bravo” hipermarketinə edilmiş basqın zamanı silahlı şəxslərin apardığı pulun məbləği məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd edilib.

Bildirilib ki, silahlı basqınla əlaqədar keçirilən əməliyyat zamanı Ruhlan İsmayılovun gizləndiyi mənzilə baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul aşkar edilərək götürülüb.

Qeyd edək ki, əməliyyat zamanı silahlı müqavimət göstərən R.İsmayılov zərərsizləşdirilib.

Silahlı dəstənin ələ keçirdiyi vəsait “Unibank”a məxsus olub. 

Qeyd edək ki, Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026