• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Hakerlər İlon Maska qarşı müharibə elan etdilər

DÜNYA

07 Iyun 2021 | 09:32

Hakerlər İlon Maska qarşı müharibə elan etdilər

“Anonymous” hakerlər qrupu tanınmış iş adamı İlon Maskı təhdid edib.

Bakıvatxı.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hakerlər bəyan ediblər ki, Maskın xüsusilə də kriptovalyutalara dair bəyanatları sadə vətəndaşların hüquqlarını pozur. Onlar bildiriblər ki, milyarder öz nüfuzundan istifadə edərək, bazara təsir edir və bundan istədiyi kimi faydalanır.

Hakerlər öz mesajlarını qrupun “YouTube” kanalında yerləşdiriblər. Videoda Maskın şəbəkədəki əməlləri barədə danışılıb.

Sonda isə iş adamı qrup tərəfindən əks həmlələrlə hədələnib.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR